Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:48

Bakıda yağış, rayonlarda qar gözlənir


Yağış

Noyabrın 22-də Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənir. Mülayim şimal-şərq küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da noyabrın 22-də arabir yağış yağacağı təxmin edilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir.

Azərbaycanın rayonlarında isə noyabrın 25-dək havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Havanın temperaturunun da ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi proqnoz edilir. Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG