Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:06

Interpol rəhbəri cənubi koreyalı oldu


Kim Jong Yang

Interpol Cənubi Koreyadan özünə sədr seçib. Bu, Rusiyaya zərbə sayılır.

Noyabrın 21-də keçirilən səsvermədə Kim Jong-yang iki il müddətinə bu beynəlxalq polis agentliyinin rəhbəri seçilib. Bu haqda Interpol Twitter-də yazıb.

Kremlin tənqidçiləri rusiyalı polis generalı Aleksandr Prokopchuk-un quruma rəhbər seçilə biləcəyindən narahat idilər. O, hazırda Interpol-un vitse-prezidentidir.

Opponentlər rusiyalının bu quruma seçilmə ehtimalını Moskvanın uzun illər agentlik vasitəsilə siyasi düşmənlərini təqib etməsinə görə təhlükəli sayırdılar.

Ancaq ekspertlər Interpol prezidentinin qurumun gündəlik əməliyyatlarına təsir göstərmək səlahiyyətinin məhdud olduğunu deyirlər.

Rusiyanın bu nəticəni tənqid edəcəyi gözlənir, daha öncə rusiyalının prezident seçilməsinə qarşı çıxan ABŞ senatorlarını prosesə müdaxilə cəhdində suçlamışdı.

Interpol-un keçmiş prezidenti, Çinin dövlət təhlükəsizlik üzrə vitse-naziri olmuş Meng Hongwei sentyabrda Çində itkin düşüb, sonradan onun saxlandığı bildirilib.

XS
SM
MD
LG