Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Interpol-un yeni rəhbəri Rusiyadan seçilə bilər


Aleksandr Prokopchuk
Aleksandr Prokopchuk

Noyabrın 20-də Interpol özünə yeni rəhbər seçəcək. Rusiya Daxili İşlər Nazirliyinin aparıcı rəsmisinin bu beynəlxalq polis agentliyinin başına keçə biləcəyi sarıdan narahatlıq var.

Dubayda keçiriləcək iclasda dünyanın müxtəlif ölkələrindən polis rəisləri yeni başçı seçəcəklər.

Britaniya mediasının yazmasına görə, 56 yaşlı general mayor Aleksandr Prokopchuk qurumun başına keçə bilər. Baxmayaraq ki, Moskvanın siyasi düşmənlərini təqib etməkdən ötrü bu agentliyin prosedurlarından istifadə etməsinə dair iddialar var.

Fransanın Lion şəhərində yerləşən agentlik mili polis xidmətlərinin sərhədləri xaricində şübhəlilərin izinə düşməsinə kömək edir. Amma qurumun adamları həbs etmək səlahiyyəti yoxdur.

Agentliyin tənqidçiləri getdikcə daha çox xəbərdarlıq edirlər ki, bəzi ölkələr siyasi motivli təqiblər üçün axtarış elanları verirlər.

Arsen Avakov
Arsen Avakov

Ukraynanın Daxili İşlər Nazirliyi bildirib ki, Prokopchuk seçilsə, ölkənin quruma üzvlüyünü dayandıracaq.

“Rusiyanın Interpol-a mümkün prezidentliyi absurddur, qurumun ruhuna və məqsədlərinə ziddir”, – Arsen Avakov noyabrın 19-da yaydığı bəyanatda bildirib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Moskvayla Kiyevin münasibətləri gərginləşib.

SENATORLAR, NAVALNY PİSLƏYİR

Rusiyanın quruma mümkün rəhbərliyini ABŞ senatorları da pisləyib. Respublikaçılar Marco Rubio və Roger Wicker, demokratlar Jeanne Shaheen və Chris Coons birgə məktubda yazıblar:

“Rusiya siyasi opponentləri, dissidentlər və jurnalistlərlə hesab çürütmək, onları təqib etməkdən ötrü Interpol-dan daimi istifadə edir”.

Meng Hongwei
Meng Hongwei

Rusiyanın antikorrupsiya fəalı Aleksei Navalny də gözlənən hadisəni pisləyib. O özü dəfələrlə saxlanıb, cinayət ittihamları ilə üzləşib, özü və tərəfdarları bunları siyasi motivli sayıb. Fəal deyib ki, həmkarları Interpol rəsmilərinin yol verdiyi “sui-istifadə”dən əziyyət çəkiblər, həmin rəsmilər Kremlin opponentlərini təqib etməyi hədəfləyən Rusiyanın axtarış tələblərini yerinə yetiriblər.

“Məncə, Rusiyadan prezident seçilməsi belə pozuntuları azaltmayacaq”, – o, Twitter-də yazıb.

İndiyədək bu vəzifəni Meng Hongwei tutub. O, Çinin dövlət təhlükəsizliyi üzrə vitse-prezidenti idi, sentyabrda Çinə səfər zamanı itkin düşdü.

Pekin sonradan onun korrupsiyayla mübarizə çərçivəsində saxlandığını bildirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG