Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

ABŞ İran-Rusiya şəbəkəsinə sanksiyalar qoyur


Mohammad Amer Alchwiki və şirkəti hədəfdədir
Mohammad Amer Alchwiki və şirkəti hədəfdədir

ABŞ Xəzinədarlığı altı şəxsə və üç quruma sanksiyalar tətbiq edib. Onların Suriya prezidenti Bashar al-Assad hökumətinə milyonlarla barel neft ötürən, Hamas və Hizballah silahlı qruplaşmalarını maliyyələşdirən İran-Rusiya şəbəkəsinə daxil olduğu bildirilir.

Xəzinədarlığın noyabrın 20-də bildirməsinə görə, Rusiya Suriyaya İran neftinin çatdırılmasını asanlaşdırıb, göndəriş və ödənişlərin gizlədilməsindən ötrü bir sıra mexanizmlərdən istifadə olunub.

“Bu gün biz İran və Rusiyanın Assad rejimini gücləndirmək, İranın ziyanlı fəaliyyətinə maliyyə əldə etmək üçün əl atdığı mürəkkəb mexanizmə qarşı tədbir görürük”, – maliyyə naziri Steven Mnuchin bəyanatında deyib.

Dövlət katibi Mike Pompeo (solda) və Steven Mnuchin
Dövlət katibi Mike Pompeo (solda) və Steven Mnuchin

Dövlət Dumasında beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutsky Birləşmiş Ştatların sanksiyalarını “tamamilə qanunsuz” adlandırıb.

Rusiya və İran Suriya müharibəsində Assadı dəstəkləyirlər. 2011-ci ilin martında etirazçılara hücumla başlanan münaqişədə indiyədək 400 mindən çox adam öldürülüb, milyonlarla şəxs köçkünə çevrilib, ölkə boyunca bir sıra tarixi məkanlar dağıdılıb.

Sanksiya siyahısına salınanlar arasında Suriya vətəndaşı Mohammad Amer Alchwiki və onun Rusiyada yerləşən Global Vision Group şirkəti, Rusiyanın Promsyrioimport dövlət şirkəti və onun direktor müavini Andrei Dogaev var.

Digər hədəflər isə İranın Tadbir Kish Tibb və Əczaçılıq Şirkəti, İran vətəndaşları Rasoul Sajjad və Hossein Yaghoubi Miab, Suriya vətəndaşı Hajji Abd Al-Nasir və iranlı Muhammad Qasim Al-Bazzal-dır.

Onların ABŞ yurisdiksiyasındakı aktivləri dondurulur, qeyri-ABŞ qurumlarına onlarla işbirliyinə getməmək xəbərdarlığı olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG