Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Elçin İsmayılın cəzası 7 ilə endirildi


E.İsmayıl

Bu gün, noyabrın 20-də Ali Məhkəmədə bir sıra media orqanları ilə əməkdaşlıq edən və iki il əvvəl həbs olunan Elçin İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti qismən təmin edib. Onun cəzası 2 il azaldılaraq 7 ilə endirilib.

Ali Məhkəmədən jurnalistə bəraət verilməsi istənilmişdi.

Vəkil Elçin Sadıqov E.İsmayılın qərardan narazı olduğunu, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Xatırlatma

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən E.İsmayıl 2017-ci il fevralın 17-si həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və rüşvət almaqda ittiham olunub.

E.İsmayıl özünü təqsirli bilmir. Saxlanılarkən üstündə olan 1000 manatı borc aldığını deyir.

Ötən il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası E.İsmayılı 9 il azadlıqdan məhrum edib. E.İsmayılın vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyirlər.

Şəki Apellyasiya Məhkəməsi aşağı məhkəmənin hökmünü olduğu kimi qüvvədə saxlamışdı.

Multimedia

XS
SM
MD
LG