Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Gürcüstanın separatçı bölgələrə acılımı ‘qüsurludur’ – Qərb mediası


Abxaziyada festival, arxiv fotosu
Abxaziyada festival, arxiv fotosu

Gürcüstan hökumətinin son “sülh təşəbbüsü” gözardı edilməməli olan vacib siyasi sualları əhatələməyib. “Chatham House” beyin mərkəzinin vebsaytında Rustam Anshba Gürcüstan hökumətinin apreldə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzrə siyasətini yenidən formalaşdırmaq cəhdindən yazır. Məqsəd bu ərazilərin sakinləri üçün iqtisadi və siyasi imkanları təkmilləşdirməkdir. Müəllif yazır ki, bir sıra Avropa ölkələri bu təşəbbüsü alqışlayıb, amma əsas hədəf auditoriya olan Abxaziya və Cənubi Osetiya sakinləri ona elə də güclü maraq göstərməyib.

Təşəbbüsün iqtisadi komponenti Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan arasında yeni ticarət əlaqələrinin yaranmasını nəzərdə tutur. Eyni zamanda AB ilə Gürcüstan arasındakı Dərin və Hərtərəfli Azad Ticarət Razılaşması vasitəsilə daha geniş Avropa bazarının yaradılması nəzərdə tutulur. Bu təkliflərin Abxaziya və Cənubi Osetiyadakı iqtisadi bazarları şaxələndirəcəyi, gücləndirəcəyi və artımı dəstəkləyəcəyinə ümid bəslənir.

Təhsil komponenti isə Abxaziya və Cənubi Osetiya sakinlərinə Gürcüstanın dövlət təhsil proqramlarına çıxış verilməsini nəzərdə tutur.

Gürcüstanı Cənubi Osetiyadan ayıran xətt
Gürcüstanı Cənubi Osetiyadan ayıran xətt

Bu planın saysız problemləri var. Əvvəla, yanlış olaraq, Moldovanın Dnestryanı probleminə həllinə yanaşmasından həvəslənib. Burada ticarət və iqtisadi əlaqələr uzun müddətdir insanlar arasında əməkdaşlığın əsasını təşkil edib. Hətta sovet dönəmində burası Moldovanın ən çix sənayeləşmiş ərazisi idi və 1990-cı illərin əvvəllərində baş vermiş müharibədən sonra ticarət əlaqələrinin bərpasına güclü stimul varıydı.

Abxaziya isə fərqlidir. Onun Gürcüstanla ticarət əlaqələrini saxlamağa belə bir stimulu yoxdur. Buranın iqtisadiyyatı turizmə, şərabçılıq və narıngi təsərrüfatına, yerli tikintidə istifadə olunan xammal hazırlanmasına söykənir. 1992-93-cü illər müharibəsi və ondan sonra Abxaziyanın blokadaya alınması infrastruktura və iqtisadiyyata ziyan vurub. Abxaziya tədricən dirçəlir, amma 1990-cı illərdən əvvəlki miqyasdan uzaqdır.

Gürcüstanın sülh təşəbbüsü Abxaziya mallarını Gürcüstan və Avropa bazarlarında satmaq fürsəti verir. Bu o deməkdir ki, bu məhsullar Avropa Vahid Bazarının qayda və standartlarına uyğun gəlməlidir. Bu isə həmin məhsullar üçün real deyil. Abxaz məhsullarının kəmiyyəti və çeşidi məhduddur, heç vaxt AB-nin tənzimlənən biznes mədəniyyətinə məruz qalmayıb. Amma bu regionun Rusiyayla oturuşmuş ticarət əlaqələri var”, – müəllif yazır.

Rusiyalının Interpol-a rəhbər seçilməsi fundamental suallar yaradır

Rusiyanın Interpol-dan sui-istifadəsi üçün Alexander Prokopchuk-dan artıq birbaşa və şəxsi məsuliyyət daşıyan yoxdur. Bu gün – noyabrın 20-də onun dünyanın polis agentliyinə başçı seçiləcəyi gözlənir. “Forbes” dərgisində Ted Bromund yazır ki, bu halda Interpol-da demokratik ölkələrin hamısı üçün fundamental suallar yaranır.

Aleksandr Prokopchuk
Aleksandr Prokopchuk

Prokopchuk 2003-cü ildən Rusiyanın Daxili İşlər Nazirliyində işləyir, 2016-cı ildən Interpol-un Avropa üzrə vitse-direktorudur. Britaniya mediası yazıb ki, məhz onun quruma rəhbər seçiləcəyi gözlənir.

Hazırda Rusiyanın Interpol sistemindən sui-istifadə etməsini göstərməyə enerji xərcləməyə gərək yoxdur. Bu ittiham artıq sübuta yetirilib. Rusiya yeganə pozucu ölkə olmasa da, sui-istifadəyə yol verən böyük ölkələrdən biridir. Həm də bu pozuntular abırsızlığına, təkrarlandığına, Putin rejiminin qərəzli strategiyasının tərkib hissəsi olmasına görə gözə girir”, – müəllif yazır.

Alexander Prokopchuk 2011-ci ildən bəri Rusiyanın Milli Mərkəzi Bürosunun, yəni Interpol-un filialının rəhbəridir.

Başqa sözlə, Rusiyanın 2011-ci ilin iyunundan Interpol xəttiylə gerçəkləşdirdiyi hər bir pozuntunu – maliyyəçi William Browder-in, estoniyalı siyasətçi Eerik-Niiles Kross-un, biznesmenlər Igor Borbot və Alexey Kharis-in təqibini birbaşa Prokopchuk sanksiyalaşdırıb. O, Interpol-un qaydalarına əsasən, bu sistemlərdən sui-istifadə etməmək üçün aydın məsuliyyət daşıyırdı. Amma sui-istifadəni dayandırmaq əvəzinə, ona icazə verib, onu asanlaşdırıb, onu təsdiqləyib. Sui-istifadəyə görə o, məsuliyyət daşıyır”, – məqalədə deyilir.

Türkmənistan lideri şəxsiyyətə pərəstişi 'yeniləyib'

“Karnegi” fondunun saytında Rafael Sattarov yazır ki, Türkmənistan Prezidenti Gurbanguly Berdimuhamedov barədə təbliğat videosu absurdluğun yeni zirvəsinə çatıb. “Şəxsiyyətə pərəstiş ictimaiyyətin diqqətini iqtisadi problemlərdən yayındırır, bu mənada hətta onun sələfini də ötüb keçir”, – müəllif yazır.

Gurbanguly Berdimuhamedov
Gurbanguly Berdimuhamedov

Bu Orta Asiya ölkəsinə marağı olmayanlar belə Berdimuhamedov-un sosial mediada yayılmış son məzəli videolarını qaçırmayıblar, yəqin. Bu kliplərdə prezident nazirləri ilə birlikdə idman edir, maşın yarışdırır, mahnı oxuyur, şeir yazır.

Ən maraqlısı isə onun hərbi heyətlə görüşləridir. Bu zaman Berdimuhamedov Amerikanın əkşn filmlərinin qəhrəmanları kimi geyinir, atıcılıq qabiliyyətini göstərir, əshabələri isə dəftərcələrə nəsə qeyd edirlər.

Bu videolar 2013-cü ildən internetdə yayılmağa başlayıb və hələ də mütəmadi buraxılır. Onları həm hökumətin təbliğatçıları yayır, həm də hakimiyyət üçün trolluq edən “Türkmənistan Xronologiyası” müxalifət qəzeti.

Bu komediyanı Berdimuhamedov-un videolarının ölkədəki dərin böhranın əlaməti olması reallığı pozur. Videolar vasitəsilə türkmən cəmiyyətində yığılan məyusluğu kompensasiya etməyə cəhd göstərilir.

Hakimiyyətin vəd etdiyi ‘ikinci Küveyt’ əvəzində Türkmənistan ikinci Venesuelaya çevrilməkdədir. 2016-17-ci illərin qışında ölkəni ağır ərzaq böhranı bürüyüb. Hətta siqaret, yağ, şəkər, yumurta belə qıtlaşıb. Hakimiyyət xarici valyuta alışına məhdudiyyət qoyub. Qlobal enerji qiymətlərinin qismən düzəlməsinə baxmayaraq, Türkmənistanın əvvəlki nisbi çiçəklənmə dövrünə qayıdacağına ümid yoxdur”, – məqalədə deyilir.

Müəllif yada salır ki, 2007-ci ildə, sələfi Saparmurat Niyazovun ölümündən sonra Berdimuhamedov Nyu Yorkdakı Kolumbiya Universitetində izləyiciləri əmin elədi ki, hələ gəncdir, islahatçı kimi davranacaq. “Amma bu müddəti islahata deyil, dəbdəbəyə və təbliğata sərf edib”, – yazan müəllif prezidentin sələfini xatırladan hər şeyi ləğv etdiyini, prezident sarayını, heykəlləri, şəxsiyyəti pərəstişi də yenilədiyini yazır.

Hətta itaət ritualları belə yenidir. İndi daha Niyazov idarəçiliyində olduğu kimi liderin üzüyünü öpmürlər, rəsmilər mükafat alarkən Berdimuhamedov-un qarşısında diz çökürlər”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG