Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:41

Yanukovych-in məhkəməsi təxirə salınıb


2013-cü ilin noyabrında keçirilən etirazlar

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-un Kiyevdə vətənə xəyanət ittihamıyla mühakiməsi təxirə salınıb. Səbəb onun Rusiyada xəstəxanaya yerləşdirilməsidir.

Noyabrın 19-da Kiyevdə məhkəmənin çıxardığı qərara görə, proses dekabrın 5-də davam etdiriləcək. Yanukovych o vaxtadək sağalmasa, elə xəstəxanadan yekun sözünü videoəlaqə vasitəsilə çatdıracaq.

Yanukovych yekun sözünü bu gün deməliydi. Amma vəkili Oleksandr Horoshynskyy deyib ki, hazırkı durumu ona bunu etməyə imkan vermir.

Vəkilin dünən bildirməsinə görə, Yanukovych noyabrın 16-da onurğası və dizindən aldığı xəsarətlərlə Moskvaya xəstəxanaya yatırılıb.

Kiyevdə prokurorlar keçmiş prezidentə ömürlük həbs cəzası tələb edirlər. Onun Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərə bilərəkdən yol verdiyi, Rusiya hakimiyyəti ilə əlbir hərəkət etdiyi bildirilir.

Yanukovych 2014-cü ilin fevralında prezident postunu tərk edərək Rusiyaya qaçıb. Buna etirazlar nəticəsində məcbur olub. O zaman Ukraynada prezident Avropa Birliyi ilə sazişi pozması, Moskvayla yaxınlaşmaya getməsi küçə etirazlarına səbəb olmuşdu.

Yakukovych hökuməti Avromaydan hərəkatını dağıtmağa çalışanda onlarla adam həlak oldu.

O devriləndən sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdi, Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəkləməyə başladı.

XS
SM
MD
LG