Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:36

Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox adam itkin düşüb


Kaliforniyada yanğın

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində mindən çox adam itkin düşmüş hesab olunur.

Bu barədə “Los Angeles Times” qəzeti yerli polisə məlumat yayıb.

Məlumata görə, itkin düşənlərin sayı 631 nəfərdən 1011 nəfərə çatıb.

BBC isə yazır ki, eyni adlara görə bu siyahı dəqiq olmaya da bilər.

Yanğın noyabrın əvvəllərindən başlayıb.

Ölənlərin sayı artıq 71 nəfərə çatıb.

Bu Kaliforniyanın tarixində ən pis yanğın hesab olunur.

Yüz kv km-lə ərazi tamamilə yanıb,milli parklar və qoruqların müəyyən hissəsi tamamilə məhv olub, minlərlə insan köçürülüb.

Paradays şəhəri tamamilə yanıb.

Hakim dairələr hesab edir ki, yanğının söndürülməsi 3 həftə vaxt apara bilər.

XS
SM
MD
LG