Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 10:18

Poroshenko Putinin dediklərini rədd edir


Siyasi karikatura

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukraynada növbəti seçkidə yeni prezident seçilənədək ölkənin şərqində sülhün bərqərar olmasına doğru heç bir irəliləyiş gözləmir.

Ukrayna Prezidenti Petro Poroshenko-nun idarəsi isə noyabrın 15-də Putinin bəyanatını sərt tənqid edib, Rusiya rəhbərini Ukraynada prezident seçkisi başlamazdan ona “müdaxilədə” suçlayıb.

Putin Sinqapurda mətbuat konfransında deyib ki, Normandiya Dördlüyünün 2015-ci ildə Belarusun paytaxtı Minskdə əldə olunmuş sülh planını irəli aparmaq cəhdləri indilik “mənasız” olacaq. Bu dördlüyə Fransa, Almaniya, Rusiya və Ukrayna daxildir.

Putin ümidini bildirib ki, Kiyevdə gələn il formalaşacaq yeni prezident administrasiyası özünü münaqişənin dinc yolla həllinə həsr edəcək.

2014-cü ildə Ukraynanın şərqində hökumətlə Moskvanın dəstəklədiyi separatçılar arasında münaqişədə 10 min 300-dən çox ölən olub.

Ukrayna prezidentinin mətbuat katibi Sviatoslav Tseholko Facebook-da yazıb ki, Poroshenko Ukraynanın şərqindəki münaqişənin dinc yolla həllini istəyir, amma “heç vaxt təcavüzkar ölkənin şərtləri ilə sülhə razılaşmayacaq”.

Kiyevlə Qərb ölkələri Rusiyanı separatçılara silah, döyüşçü göndərməkdə suçlayır. Kreml iddiaları rədd edir.

XS
SM
MD
LG