Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:03

Yer olmadığına görə buraxılıb, indi…


Həbsxana

Türkiyə vətəndaşı Yaver Ulluqçu Bakıda məhkəmə önünə çıxarılıb. Vaxtilə Türkiyədə mühakimə olunsa da, cəzaçəkmə müəssisəsində yer olmaması səbəbiylə azadlığa buraxılan Y.Ulluqçunu indi ölkəsi tələb edir. İndi onun təhvil verilib-verilməməsi məsələsinə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar verəcək.

Y.Ulluqçunun ekstradisiyası üçün məhkəməyə Ədliyyə Nazirliyi təqdimat verib. Noyabrın 15-də məhkəmədə bu məsələyə baxılarkən nazirliyin nümayəndəsi Qoca Qocayev bildirib ki, Türkiyə axtarışa verdiyi Y.Ulluqçunun saxlanılıb təhvil verilməsi üçün Azərbaycana avqustun 24-də müraciət edib.

Məhkəmədə Y.Ulluqçunun anket məlumatları dəqiqləşdiriləndə bəlli olub ki, o, 2006-cı ildə Türkiyədə dələduzluq, saxta sənəd düzəltmə, maşınların motorundakı nömrələri dəyişmə kimi əməllərdə suçlanaraq həbs edilib. Məhkəmə ona 5 il 204 gün həbs cəzası kəsib. Ancaq məhkəmədə hökm çıxarılandan sonra azadlığa buraxılıb. Sənədlərdən məlum olur ki, həmin dövrdə cəzaçəkmə müəssisələrində yer olmadığından onu bir müddətlik buraxıblar. İddia olunur ki, o da qaçıb gizlənib.

Y.Ulluqçu Azərbaycana gələndən sonra burada 2011-ci ildə ailə qurub, 3 azyaşlı övladı var. Həyat yoldaşı da Azərbaycan vətəndaşıdır.

Məhkəmədə dindirilən Ulluqçu isə Türkiyəyə ekstradisiya olunmasını istəmədiyini deyib. O, qaçıb gizlənməsi barədə iddiaları da qəbul etmir. Deyir, 2011-ci ildə qayda-qanunla Türkiyəyə gedib, 10 gün orada qalıb: «2012-ci ildə pasportumun müddəti başa çatmışdı. Səfirliyə müraciət edərək, pasportumu dəyişmişəm. Mən artıq 12 ildir Azərbaycanda yaşayıram. Ailəm, azyaşlı uşaqlarım, işim buradadır».

Məhkəmə noyabrın 21-də davam edəcək.

Multimedia

XS
SM
MD
LG