Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:53

Milli Məclis hökumətə ayın 23-dək vaxt verib


Milli Məclis

Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb.

Bildirilib ki, 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanmasından ötrü 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68.5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu qurumun 2019-cu il üzrə xərclər smetası barədə məlumat verib. Gələn il üzrə bu qurumun saxlanma xərcləri 4 milyon 368 min manat proqnozlaşdırılıb.

Beləliklə, büdcə müzakirələri başa çatıb. Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsindən ötrü hökumətə noyabrın 23-dək vaxt verilib.

Xatırlatma

2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini Nazirlər Kabineti (NK) sentyabrın ortalarında məqbul hesab etmişdi. Büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilmişdi. Bir neçə həftə əvvəl isə həmin sənədlər toplusu Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır. Büdcədə neftin bir bareli 60 dollar götürülüb.

Gələnilki layihədə sosial xərclərin 1.5 faiz artırıldığı bildirilir. Artım daha çox tikinti sahəsindədir.

Multimedia

XS
SM
MD
LG