Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

Senat lideri Rusiya istintaqını qoruyacaq layihəni bloklayır


Mitch McConnell (solda)
Mitch McConnell (solda)

ABŞ Senatının respublikaçı lideri Rusiya istintaqını qorumağı hədəfləyən, hər iki partiyanın hazırladığı layihənin qəbulunu önləyib. Söhbət Rusiyanın Prezident Donald Trump-ın seçki kampaniyası ilə əlbirlik iddialarını araşdıran istintaqdan gedir.

Senatda çoxluğun lideri Mitch McConnell noyabrın 14-də deyib ki, o, həmin layihənin səsə qoyulmasına imkan verməyəcək, çünki buna ehtiyac görmür.

Qeyd edək ki, ötən həftə Trump Baş prokuror Jeff Sessions-un istefasını istəyib, onu xüsusi prokuror Robert Muellerin istintaqını dəfələrlə tənqid etmiş köməkçisi ilə əvəzləyib.

Təhqiqatın başa çatdırılmasına imkan verilməyəcəyinin heç bir əlaməti yoxdur və onun bitməsinə icazə verilməlidir”, – McConnell deyib.

Trump dəfələrlə bu istintaqı “əcinnə ovu” adlandırıb, Muelleri işdən çıxarmaq səlahiyyəti olduğunu deyib.

“Prezidentin istintaq barədə nə düşündüyünü bilirik, ancaq o heç vaxt onu bağlayacağını deməyib. Məncə, ona təhlükə yoxdur. Buna görə də hər hansı qanunvericiliyi gərəkli saymıram”, – McConnell vurğulayıb.

“PREZİDENT İSTİNTAQI HƏDƏFƏ ALIB”

Ötən həftəki seçkilərdə Nümayəndələr Palatasında üstünlüyü ələ almış demokratlar Muelleri istintaqdan kənarlaşdırmaqdan qoruyacaq sənədin qəbuluna çalışırlar.

Jeff Flake
Jeff Flake

Senatdan bəzi respublikaçılar da demokratlara qoşularaq Muelleri qoruyacaq qanunvericilik tələb ediblər.

Trump-ın tənqidçisi olan respublikaçı senator Jeff Flake layihənin hazırlanmasında iştirak edib, demokratların sənədi noyabrın 14-də senatda yekdil razılaşma əsasında qəbul etmək cəhdinə qoşulub.

“Prezident indi bu istintaqı hədəfə götürüb və hamımız bunu bilirik”, – Flake deyib.

McConnell isə qanunvericiliyin yekdilliklə təsdiqlənməsinin qarşısını alıb.

Flake deyib ki, layihəyə Senatda da yetərincə dəstək var və Konqres bu ilin sonunda bir araya gələnədək demokratlar onu “dönə-dönə” səsverməyə çıxarmağa çalışacaqlar.

Respublikaçı senator həm də hədələyib ki, senat Muellerin qorunmasını nəzərdə tutan sənədi səsverməyə çıxarmasa, o da Trump-ın hakimliyə onlarla namizədinin təsdiqlənməsini önləyəcək.

Amma McConnell Konqresin son həftələrində hakimlərin təsdiqlənməsinin respublikaçılar üçün prioritet olduğunu vurğulayıb.

Trump Sessions-un köməkçisi Matthew Whitaker-i prokuror əvəzi qoyub. Ancaq onun əvvəllər tənqid etdiyi Rusiya istintaqından özünü kənarlaşdırmaması tənqidlərə səbəb olub.

Trump və Rusiya seçkidə hər hansı əlbirlik iddialarını təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG