Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 19:04

İranın ‘sikkə sultanı’ edam olundu


Vahid Mazloumin məhkəmədə

İranda qanunsuz valyuta alverində təqsirli bilinmiş iki nəfər edam olunub.

Dövlət televiziyasının məlumatına görə, Tehran polis rəisinin “sikkə sultanı” adlandırdığı Vahid Mazloumin və onunla əlbir olduğu iddia edilən Mohammad Ismail Ghasemi noyabrın 14-də səhər tezdən edam olunublar. Onlar sentyabrda valyuta manipulyasiyasında və “Yer üzünə korrupsiya yaymaqda” təqsirli biliniblər.

İran hökuməti ölkədə yaranmış iqtisadi depressiyayla mübarizə məqsədilə maliyyə qanunsuzluqlarını önləməyə çalışır. Avqustda Ali dini lider Ayatollah Ali Khamenei-nin dəstəyilə iqtisadi cinayətlər üzrə xüsusi məhkəmələr yaradılıb.

O vaxtdan məhkəmələr azı yeddi ölüm hökmü çıxarıb, məhkəmələrin çoxu da dövlət televiziyasında canlı yayımlanıb.

BMT, Qərb ölkələri, beynəlxalq insan haqları qrupları isə İranda edamların sayının artmasından, işgəncə iddialarından narahatlıq dilə gətirirlər.

XS
SM
MD
LG