Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:25

Büdcə layihəsi 1-ci oxunuşda qəbul edilib


Milli Məclis

Bu gün, noyabrın 14-də Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib.

AZƏRTAC-ın məlumatına görə, müzakirələrdə çıxış edən deputatlar 2019-cu ilin büdcəsini yüksək dəyərləndiriblər.

Çıxışlarda bildirilib ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar nəzərə alınmaqla tərtib olunub, onun bütövlükdə sosial yönümlülüyü saxlanıb.

Müzakirələrdən sonra deputatlar «2019-cu il dövlət büdcəsi haqqında» qanun layihəsini birinci oxunuşda təsdiq ediblər.

Xatırlatma

2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini Nazirlər Kabineti (NK) sentyabrın ortalarında məqbul hesab etmişdi. Büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilmişdi. Bir neçə həftə əvvəl isə həmin sənədlər toplusu Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır. Büdcədə neftin bir bareli 60 dollar götürülüb.

Gələn ilki layihədə sosial xərclərin 1.5 faiz artırıldığı bildirilir. Artım daha çox tikinti sahəsindədir.

Multimedia

XS
SM
MD
LG