Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:48

Baş prokuror əvəzi Rusiya istintaqından aralanmasını ‘məşvərət edəcək’


Matthew Whitaker
Matthew Whitaker

Birləşmiş Ştatların Baş prokuror əvəzi Matthew Whitaker Rusiya istintaqına dair keçmiş tənqidlərini etika rəsmiləri ilə götür-qoy edəcək. Yəni, bu tənqidlərə görə o, özünü istintaqdan ayrı tutmalıdırmı, bunu müzakirəyə çıxaracaq. Bu haqda Ədliyyə Departamenti məlumat yayıb.

Hazırda xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddialarını, Moskvanın Prezident Donald Trump-ın seçki kampaniyası ilə mümkün əlbirliyini araşdırır.

Whitaker daha öncə Muellerin apardığı istintaqı tənqid edib, ona limit qoyulması gərəkdiyini deyib. Trump noyabrın 7-də Baş prokuror Jeff Sessions-un istefasını istəyib və onu Whitaker-lə əvəzləyib.

ƏDLİYYƏ DEPARTAMENTİ HÜQUQİ RƏY YAYACAQ

Prezident dəfələrlə deyib ki, Muelleri işdən çıxarmaq səlahiyyəti var və Rusiya istintaqını “əcinnə ovu” adlandırıb. Muelleri vəzifəyə Ədliyyə Departamenti təyin edib.

Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

Whitaker “Ədliyyə Departamentində bütün müvafiq proseslərə və prosedurlara tam əməl etmək fikrindədir, buraya onun nəzarət məsuliyyətinin, özünü istintaqdan aralanmasını vacib edən məsələlərin aparıcı etika rəsmiləri ilə müzakirəsi də daxildir”, – departamentin sözçüsü Kerri Kupec noyabrın 12-də axşam deyib.

Keçmiş baş prokuror Sessions özünü təhqiqata nəzarətdən uzaqlaşdırmışdı, bunu Trump-ın seçki kampaniyasında iştirakı ilə izah edirdi. O vaxtdan baş prokuror müavini Rod Rosenstein Mueller istintaqına nəzarət edirdi. Amma son təyinatdan sonra o daha bu işə baxmır.

İstintaq çərçivəsində onlarla adama ittihamlar irəli sürülüb. Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort, onun keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn bu sıradadır.

Konqresdəki demokratların fikrincə, Whitaker Muellerin istintaqına ziyan vura, onu hətta işdən çıxara bilər.

Demokratlar Partiyası isə “Rusiya istintaqı”nı qorumağı nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etməyə hazırlaşır.

“The Wall Street Journal” noyabrın 12-də yazıb ki, Ədliyyə Departamenti Whitakerin təyinatını dəstəkləyən hüquqi rəy yayacaq.

XS
SM
MD
LG