Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:03

Gömrükdən büdcəyə ödənişlər kəskin artıb


Astara gömrüyü

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 378.122 milyon manat məbləğində vergi və rüsumlar daxil olub. Bu da 2017-ci ilin eyni ayı ilə müqayisədə 70 faizdən də çoxdur. 2017-ci ilin oktyabr ayında DGK-dən büdcəyə 217.014 milyon manat vəsait daxil olmuşdu.

Bu il ölkəyə idxal edilən bəzi mal və məhsulların rüsumu artırılıb. Amma vergi daxilolmalarının artmasını başqa səbəblərlə də izah edənlər var. Bu günlər Milli Məclisdə büdcə layihəsinin müzakirəsi vaxtı deputat Vahid Əhmədov son bir ildə DGK-dən daxilolmaların 1 milyard manata yaxın artmasını vurğulayaraq bəzi iddialar səsləndirmişdi. Onun deputat kürsüsündən səslənən iddialarına görə, son 20 ildə gömrükdə təqribən 20 milyard manat mənimsənilib. Deputatın deməsinə görə, DGK-nin rəhbərliyində dəyişiklik bu məsələdə xeyli müsbət dönüşə səbəb olub.

Amma, hələlik, deputatın bu iddialarına DGK-nin keçmiş rəhbərliyindən, hər hansı münasibət almaq mümkün olmayıb. Hərçənd, əvvəlki illərdə gömrükdə monopoliya və korrupsiya ilə bağlı iddiaları keçmiş rəhbərlik, bir qayda olaraq, yalanlayıb.

Multimedia

XS
SM
MD
LG