Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:56

Məktəb direktorluğuna 2 min iddiaçı var


Təhsil Nazirliyi

Təhsil Nazirliyinin məktəb direktoru vəzifəsinə işə qəbul üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Nazirliyin bu gün, noyabrın 12-də yaydığı məlumata görə, direktor olmaq istəyən 2 min 37 namizəd qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib.

Nazirlik bildirir ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən ibarət olacaq. Sənəd qəbulundan sonra test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələləri keçiriləcək. Həmin mərhələlər haqda daha sonra məlumat veriləcək.

Müsabiqədə 5 ildən az olmayaraq pedaqoji staja malik, hazırda pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə biləcəklər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yerin çıxarıldığı bildirilir.

Verilən məlumatlara görə, bütün regionlar üzrə vakant yerlər mövcuddur və ən çox boş qalan direktor yerləri cənub zonasının payına düşür.

Xatırlatma

Rəsmi məlumatlara görə, 2014-cü ildən indiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək şəxs regionlarda yerləşən ümumtəhsil məktəblərinə, təqribən 100 namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib.

2017-ci ildə açıqlanan statistikaya görə, ölkədə 4 min 500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Multimedia

XS
SM
MD
LG