Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:42

Azərbaycana qayıdan dini qurm təmsilçisinin saxlandığı açıqlanıb


Azerbaijan - Azerbaijani Georgian border

Azərbaycana qayıdan dini qurm təmsilçisinin saxlandığı açıqlanıb.

“Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədov Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanıb”

“Turan” agentliyinə xəbərinə görə, bunu Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsindən bildiriblər.

İdarənin məlumatına görə, M.Əsədovu noyabrın 7-də Azərbaycan sərhədçiləri saxlayıb.

“Şeyx Mirtağı Əsədov noyabrın 7-də Azərbaycana səfər edib. Onu Azərbaycanın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Sərhədçilərin verdiyi məlumata görə, onu Gürcüstan-Azərbaycan sərhəddindən Bakıya aparıblar. Ailə üzvləri onun saxlanmasının səbəbi barədə məlumatsızdır. Onu 3 gündür vəkilsiz və ittiham irəli sürülmədən saxlayırlar”, idarədən deyiblər.

Xəbərdə habelə qeyd edilir ki, idarədən verilən məlumata görə, dünən, noyabrın 9-da Gürcüstanın Azərbaycandakı səfirliyinin attaşesi saxlanan M.Əsədovla görüşüb. Ancaq görüşün detalları haqda onlara məlumat verilməyi vurğulanıb.

İdarədən onu da deyiblər ki, sabah, noyabrın 11-də Günrcüstanın hüquq müdafiə təşkilatları M.Əsədovun saxlanması ilə bağlı konfrans keçirəcək.

Azərbaycanin əlaqəli qurumlarından, hələlik, M.Əsədovun saxlanılması barədə deyilənlərə rəsmi münasibət almaq mümkün olmayıb.

Mirtağı Əsədov kimdir?

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov Azərbaycan vətəndaşı olub. Ancaq onun 2 ilə yaxındır ki, Azərbaycan vətəndaşlığından imtina etdiyi vurğulanır.

Üstəlik, onun ailəsinin Azərbaycanda yaşadığı bildirilir. Verilən məlumata görə, ailəsinı baş çəkməkdən ötrü ildə bir neçə dəfə O, Azərbaycana səfər edir.

İdarədən habelə deyiblər ki, M.Əsədov son aylarda Gürücstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib.

Multimedia

XS
SM
MD
LG