Fransanın paytaxtı Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi qeyd edilir.
Noyabrın 10-u və 11-də şəhərdə keçirilən təntənəli mərasimlərdə 60-dan çox ölkə başçısı iştirak edir.
Bu mərasimlər naməlum əsgərin abidəsi önündə bitıcık.
Artıq ABŞ prezidenti Donald Trump Parisdədir və fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Buna da bax:Trump Makronun təklifini təhqiramiz sayır.
Donald Trump noyabrın 10-da xanımı Melaniya ilə birlikdə ABŞ əsgərlərinin dəfn edildiyi Bellau qəbristanlığını ziyarət edəcək.
Kanadanın baş naziri Justin Trudeau-da elə həmin gün Fransanın şimalında Kanada əsgərlərinin dəfn edildiyi məzarlığı ziyarət edəcək.
1914-1918-ci illər Birinci dünya müharibəsində 9 milyona yaxın əsgər və təxminən 6 milyon mülki sakin həlak olub.
Bu müharibədə 40 ölkə iştirak edirdi.
Müharibə Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarına son qoydu. Rusiya prezidenti Vladimir Putin də tədbirə dəvət olunub.