Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:40

Kosovo-Serbiya danışıqları yenə alınmadı


Kosovo və Serbiyanın ticarət müharibəsi, infoqrafika

Serbiya və Kosovo liderləri arasında onları Avropa Birliyinə yaxınlaşdıracaq razılaşma üzrə danışıqlarında yenə mübahisə yaranıb. Avropa Birliyinin sponsorluğu ilə Brüsseldə keçirilən danışıqlar heç bir saat çəkməyib.

Serbiya Prezidenti Aleksandar Vucic noyabrın 8-də danışıqlardan sonra jurnalistlərə deyib ki, kosovolu həmkarı Hashim Thaci ilə danışıqların davam etməsi üçün Kosovo bu yaxınlarda Serbiya və Bosniyadan idxala qoyduğu tarifləri ləğv etməlidir.

“Kosovo gömrüyə tətbiq etdiyi 10 faizlik tarifi ləğv etməyənədək dialoq olmayacaq”, – Vucic deyib.

Vucuc həmçinin Kosovonun baş naziri Ramush Haradinaj-ın bir ayın içində ordu yaratmaqla bağlı dediklərinə də toxunub.

Thaci isə danışıqlardan sonra Serbiyanı “aqressivlik”də suçlayıb. “Belqrad düşünürsə ki, Kosovoyla rahat danışacaq, yanılır”, – o deyib.

AB-nin aparıcı diplomatı, danışıqlar üzrə vasitəçisi Federica Mogherini isə bəyanatında tərəfləri boyun olduqları razılaşmanı tez əldə etməyə çağırıb.

Kosovo 10 il öncə Belqraddan ayrılaraq müstəqillik elan edib. 110-dan çox ölkə onun müstəqilliyini tanısa da, Serbiya bundan imtina edib.

XS
SM
MD
LG