Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:46

Balıqçılar xilas edilib


Qayıq

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb.

Həmin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndi yaxınlığında dənizdə (təxminən 15 km dənizin içinə doğru) iki nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

«İlk olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri çatıb. İçərisində iki nəfərin olduğu qayıq xilasetmə qüvvələrinin müşayiəti ilə sahilə doğru gətirilir», - məlumatda vurğulanır.

İki balıqçı itkin düşüb

Xəzər dənizində iki dənizçi itkin düşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin məlumatına görə, bu gün, noyabrın 8-də saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin məlumatda bildirilib ki, sahildən 10 kilometr məsafədə qayığın hərəkətvericisi xarab olub. Su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparıb.

Dövlət Dəniz Agentliyindən bildirilir ki, Milli Mərkəz hadisə barədə aidiyyəti qurumları məlumatlandırıb.

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinə məxsus «Bakinskaya – 3» gəmisi kömək məqsədilə hadisə yerinə yönəldilib.

Multimedia

XS
SM
MD
LG