Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Türkiyə 6 aydan sonra sanksiyalara əməl etməyəcəyini deyir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, Vaşinqtonun İrana sanksiyalardan güzəşt etdiyi 6 ay bitəndən sonra da həmin məhdudiyyətlərə əməl etməyəcək. Birləşmiş Ştatların yenilənmiş sanksiyaları İranın neft və gəmiçilik sənayelərini hədəfləyir.

“Bu addımların məqsədi dünyadakı tarazlığı pozmaqdır. Biz imperialist dünyada yaşamaq istəmirik”, – Erdogan noyabrın 6-da Ankarada jurnalistlərə deyib.

“Biz bu sanksiyalara qətiyyən əməl etməyəcəyik. Biz 10 milyard kubmetr təbii qaz alırıq. Adamlarımızı soyuqdan dondura bilmərik”, – Erdogan sözlərinə əlavə edib.

Vaşinqton mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Erdogan deyib ki, bu həftəsonu Parisdə ABŞ Prezidenti Donald Trump-la görüşündə bu məsələni müzakirə edəcək. Onlar 1-ci Dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə sammit çərçivəsində görüşəcəklər.

İranın əsas neft alıcılarından bir neçəsinə sanksiyalardan güzəşt edilib. Türkiyə də müvəqqəti istisna əldə etmiş ölkələr sırasındadır, yəni daha altı ay ərzində İrandan neft ala biləcək.

NATO üzvü olan Türkiyə enerji ehtiyaclarını ödəməkdən ötrü idxaldan asılıdır və qonşusu İran uzun illərdir onun əsas neft və qaz təchizatçılarındandır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG