Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Ötən il 440 nəfər vərəmdən ölüb


Vərəm

«Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmli xəstələrin sayı 1886 nəfərə bərabər olub. Onlardan 1016-sı bakterioloji, 437-si kliniki təsdiqlənmiş, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir».

Bu gün, noyabrın 6-da Bakıda keçirilmiş «Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar» mövzusunda beynəlxalq elmi-praktiki konfransda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova belə deyib.

AZƏRTAC-ın məlumatına görə, vurğulanıb ki, ağciyər vərəminin kliniki növlərindən olan ocaqlı vərəmdən 251, infiltrativ vərəmdən 1145, gecikmiş vərəm formalarından isə 74 nəfər əziyyət çəkir.

H.Qədirova Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri haqqında da məlumat verib. Deyib ki, 2017-ci ildə Azərbaycanda vərəmə yoluxmuş 3871 ilkin xəstə qeydə alınıb.

«Bu göstərici rayonlar üzrə qeyri-bərabər paylanıb. Vərəmin yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda müşahidə edilib. Ötən il aşkar olunmuş vərəm xəstələrinin 60 faizi kişilər, 30 faizi qadınlar, 10 faizi isə uşaqlardır. Böyüklər və 18 yaşadək uşaqlar arasında xəstəliyin gecikmiş və yayılmış formaları azalıb. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Qadınlar arasında isə əksinə artım var», - deyən H.Qədirovanın sözlərinə görə, 2017-ci ildə 440 nəfər vərəmdən vəfat edib.

Müstəqil ekspertlər isə bu rəqəmə bir qədər şübhə ilə yanaşır. Onların deməsinə görə, bəzi vərəm xəstələri qeydiyyatdan kənarda qalır.

Həbsxanalarda vərəmdən ölüm halları

«Ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib».

Bunu da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlar arasında vərəmə yoluxma halları kəskin şəkildə azalıb.

Multimedia

XS
SM
MD
LG