Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

Facebook 115 hesabı qapadıb


İllüstrativ foto
İllüstrativ foto

Facebook sosial şəbəkəsi 115 istifadəçinin hesabını qapatdığını bildirir. Belə ki, ABŞ hakimiyyəti şəbəkəyə xarici ölkəyə bağlı ola biləcək şübhəli fəaliyyət sarıdan xəbərdarlıq edib.

DAHA ÇOX DEZİNFORMASİYA YAYILIB

Şirkət bu addımı barədə noyabrın 5-də məlumat yayıb. Bundan bir neçə saat öncə isə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları 6 noyabr konqres seçkiləri öncəsi seçicilərə xəbərdarlıq səsləndirib. Onlara Rusiya, İran və digər ölkələrin sosial mediada saxta xəbərlər yaymaq cəhdlərindən dolayı ehtiyatlı olmaq tapşırılır.

“Amerikalılar bilməlidirlər ki, xarici oyunçular, özəlliklə Rusiya, ictimai fikrə təsir göstərməyə, narazılıq səpməyə çalışır”, – noyabrın 5-də yayılmış bəyanatda deyilir.

Ötən həftə açıqlanmış bir araşdırma üzə çıxarıb ki, 6 noyabr öncəsi sosial mediada daha çox dezinformasiya yayılıb, nəinki 2016-cı il prezident seçkisi ərəfəsində.

Facebook-un bildirməsinə görə, pozulan hesabların Rusiyaya, yaxud ötən seçkiyə müdaxilədə ittiham olunan İnternet Araşdırmaları Agentliyi adlı “troll fabriki”nə bağlı olmasını müəyyənləşdirməlidir.

Facebook əməkdaşları
Facebook əməkdaşları

ABŞ-da prokurorlar həmin agentliyi və Rusiyadan digər əməliyyatçıları 2016-cı ildə prezident seçkisinə təsir göstərmək cəhdində suçlayıb. Onların dezinformasiya, sosial şəbəkələrdə narazılıq yaydığı bildirilir.

İPUCU FTB-DƏN GƏLİB

Facebook bildirib ki, silinən hesablardan 85-i sosial şəbəkənin Instagram xidmətində ingiliscə paylaşımlar edib. Həmin hesablardan bəzilərinin “tanınmışlara”, digərlərinin “siyasi debata” fokuslandığı vurğulanır.

Facebook ipucunu noyabrın 4-də Federal Təhqiqat Bürosundan alıb. Bu haqda ötən gün yayılmış postda Facebook-un kibertəhlükəsizlik siyasəti üzrə başçısı Nathaniel Gleicher yazır.

Onun yazdığına görə, şirkət gördüyü tədbirlər barədə dərhal açıqlama vermək qərarına gəlib, “çünki ABŞ-da vacib seçkiyə cəmi bicə gün qalır”.

Noyabrın 6-da ABŞ-da keçirilən seçki Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.

Hazırda Facebok və digər sosial media şirkətləri ötən seçkidən fərqli olaraq xarici dezinformasiya cəhdlərinə daha çevik reaksiya verməyə çalışırlar.

Twitter noyabrın 3-də bildirib ki, dezinformasiya yaymağa çalışan “bir neçə hesabı” bağlayıb. Şirkət detalları açıqlamayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG