Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:41

Talibanın seçkilərə qarşı zorakılığı ‘rekord’ həddə olub


Qəndəhar vilayətində seçki oktyabrın 27-də keçirildi

BMT bildirir ki, ötən ay Taliban silahlı qruplaşmasının Əfqanıstandakı parlament seçkisinə hücumları və qorxutma halları rekord sayda dinc sakin itkisiylə sonuclanıb.

Qurum noyabrın 6-da açıqladığı hesabatda vurğulayır ki, yaraqlılar “seçki prosesini pozmaq və ona zərbə vurmaqdan ötrü məqsədli kampaniya” aparıblar.

Qurbanların sayı azı 435 nəfər olub, onlardan 56-sı öldürülüb, 379 nəfər yaralanıb. Bu hallar həm oktyabrın 20-də seçki günü, həm də təxirə salınmış səsvermənin keçirildiyi günlərdə qeydə alınıb.

Taliban xarici hərbçiləri Əfqanıstandan çıxarmağa, Qərbin dəstəklədiyi Kabil hökumətini məğlub etməyə çalışır. Qruplaşma seçkiyə qarşı bir neçə dəfə hədə səsləndirmişdi.

Hələ seçkidən öncə seçicilərin qeydiyyatı mərkəzlərinə də bir neçə hücum olmuşdu. Onların bəzilərinə görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürmüşdü.

XS
SM
MD
LG