Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Ağdamda daha 121 ev təmir ediləcək


İ.Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında

«Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq».

AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev noyabrın 5-də Ağdam rayonunda səfərdə olarkən deyib. O vurğulayıb ki, bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalayıb.

Dövlət başçısı çıxışında 2016-cı ilin aprelində cəbhə xəttində baş verən döyüşlərdən də bəhs edib: «Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir».

Dövlət başçısı vurğulayıb ki, ona verilən məlumata görə, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. O bu evlərin bərpasından ötrü də sərəncam veriləcəyini söyləyib.

İ.Əliyev deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır: «Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcək. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaq...».

Prezident İ.Əliyev və xanımı Mehriban Əliyevə noyabrın 5-də Ağdama səfər edib. Onlar bir sıra obyektlərin açılışında iştirak ediblər.

Dövlət başçısı elə həmin gün Ağdam rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Orada həmin işlərin görülməsindən ötrü 3 milyon manat ayrılıb.

Xatırlatma

Ağdam rayonunun mərkəzi Ağdam şəhəri 1993-cü ildə işğal edilib. Ağdam şəhəri də daxil, rayonun bir sıra kəndləri hazırda Ermənistanın nəzarəti altındadır.

Bu rayon hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yerləşir.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.2016-ci ilin aprelində isə tərəflər arasında bir neçə günlük ağır döyüşlər gedib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG