Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

KTMT-yə rəhbərlik Ermənistanın əlindən çıxa bilər


Yuri Khachaturov
Yuri Khachaturov

Ermənistan Rusiyanın lideri olduğu müdafiə qurumuna müvəqqəti rəhbərlik postunu itirə bilər, çünki hazırkı sədr vəzifəsindən geri çağrılıb. Bu haqda Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzet üç ölkədən diplomatik mənbələrə istinadla xəbər verib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Belarusdan Stanislav Zas ola bilər.

Ötən həftə Ermənistan Yuri Khachaturov-u bu vəzifədən geri çağırıb.

Belarus Prezidenti Alexander Lukashenko (ortada), daxili işlər naziri Ihar Šunievič (Igor Shunevich) və Stanisłaŭ Zaś (Stanislav Zas), arxiv fotosu
Belarus Prezidenti Alexander Lukashenko (ortada), daxili işlər naziri Ihar Šunievič (Igor Shunevich) və Stanisłaŭ Zaś (Stanislav Zas), arxiv fotosu

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naghdalian noyabrın 5-də deyib ki, Zasın namizədliyi, yaxud rotasiyalı rəhbərliyin Ermənistanın əlindən çıxması barədə şərh verə bilməz.

Zas hazırda Belarusun Təhlükəsizlik Şurasının dövlət katibidir.

Posta yeni namizəd KTMT-nin noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində müzakirə olunacaq. Bu quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Khachaturov 2017-ci ilin mayından həmin vəzifədə idi, noyabrın 2-də uzaqlaşdırılıb.

Bu ilin iyulunda Khachaturov-a 2008-ci ilin mart seçkisindən sonrakı iğtişaşlar üzrə açılmış cinayət işi çərçivəsində irəli sürülüb. O, ölkənin konstitusion quruluşunu devirmək cəhdində ittiham olunur.

Eyni ittihamlar keçmiş prezident Robert Kochariana da irəli sürülüb. O, səkkiz nümayişçinin və iki polis əməkdaşının həlak olduğu etirazların yatırdılmasında silahlı qüvvələrdən istifadəyə əmr verməkdə suçlanır.

66 yaşlı Khachaturov Gürcüstandan anadan olub. O, 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Etirazlar zamanı isə müdafiə nazirinin müavini idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG