Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:52

Prezident Səudiyyə Ərəbistanından nümayəndə heyətini qəbul edib


İlham Əliyev

Prezident İlham Əliyev noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Nayif Al-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərtac xəbər verir ki, dövlət başçısı iki ölkə arasında əməkdaşlığın və əlaqələrin yüksək səviyyədə olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirib.

Prezident Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Səudiyyə Ərəbistanının mövqeyini, “bu münaqişə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını dostluğun, qardaşlığın bariz nümunəsi” adlandırıb.

İqtisadi sahəyə toxunan İlham Əliyev son zamanlar bu istiqamətdə “çox ciddi addımlar”ın atıldığını deyib, gələcəkdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar tədbirlərin görüləcəyini qeyd edib.

Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını söyləyən prezident bunu “dostluğun növbəti təzahürü” kimi dəyərləndirib.

Dövlət başçısı iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının da “yaxşı səviyyədə” olduğunu, bu səfərin Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səud da “ikitərəfli münasibətlərin inkişaf etdiyini, müxtəlif məsələlərə dair yüksək səviyyəli koordinasiyanın mövcudluğunu” vurğulayıb.

O Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış sazişin önəmli olduğunu söyləyib.

XS
SM
MD
LG