Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:09

Qazax müəllimlər seminariyasının 100 illiyi qeyd ediləcək


Qazax Müəllimlər seminariyası

Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi rəsmi qeyd ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili ölkənin maarif salnaməsinin ən parlaq səhifələrindəndir. Sənəddə maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan seminariyanın Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verdiyi vurğulanır.

Sərəncama əsasən, Təhsil Nazirliyi Qazax Rayon İcra Hakimiyyətinin təkliflərini nəzərə alınmaqla, seminariyanın 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Xatırlatma

Qori Seminariyasının Azərbaycan bölməsinin bazası əsasında yaradılan Qazax Müəllimlər Seminariyası 1918-cı ildə Azərbaycan Xalq Cumhriyyətinin maliyyəsi ilə Qazax şəhərinə köçürülüb. Seminariya sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib.

Seminariyanın Qazaxa köcürülməsində maarifçi Firidun bəy Köçərlinin böyük xidmətlərinin olduğu bildirilir.

Qori seminariyası isə 1876-cı ildə Gürcüstanın eyni adlı şəhərində yaradılıb. Orada Qafqaz xalqlarından olan uşaqlar təhsil alıblar.

Multimedia

XS
SM
MD
LG