Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

İrana yeni sanksiyalar “Cənub Qaz Dəhlizi”nə şamil edilmir


TANAP və TAP qaz kəmərləri layihəsi

ABŞ-ın İrana yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb.

Bu haqda AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin bildirişinə istinadən xəbəır verir.

Sənəddə bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək antiiran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan antiiran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqlibdən ötrü kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirənlərə şamil olunmur.

Qeyd olunur ki, antiiran sanksiyaları, həmçinin Türkiyə, Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə aid edilmir.

İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. ABŞ-ın İrana avqustun əvvəlində tətbiq etdiyi ilk sanksiya paketi də “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməyib.

ABŞ-ın İran neftinə dair yeni sanksiyalarının bazar ertəsi, noyabrın 5-də elan ediləcəyi bildirilir. Məlumata görə, səkkiz ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın gündəlik neft ixracının 1 milyon barrel azalacağı nəzərdə tutulur. ABŞ-ın noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacağı, neft və qaz satışına sanksiyalar tətbiq edəcəyi gözlənir.

2015-ci ildə İran və «altılıq ölkələri» - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilmişdi. Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası da təsdiq etmişdi. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunurdu. Ancaq 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyaları bərpa edib.

Xatırlatma

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın “Şahdəniz” qazının Avropaya nəqlini nəzərdə tutur. TANAP ( Trans Anadolu Qaz Kəməri) və TAP ( Trans Adriatik Qaz Kəməri) layihələri onun əsas seqmentlərini təşkil edir.

Bu il mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan təbii qazı “Cənub Qaz Dəhlizi” sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir.

Multimedia

XS
SM
MD
LG