Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Müdafiə naziri həmsədrlərlə görüşüb


Z.Həsənov

Bu gün, noyabrın 2-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, qəbulda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

MN bildirir ki, görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 1-də Bakıya gəliblər. Onlar elə noyabrın 1-də prezident İlham Əliyevlə görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri oktyabrın 29-da başlayıb. Vasitəçilər Ermənistanda görüşlər keçiriblər.

Oktyabrın 31-də isə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG