Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:59

İsrail AB-yə İranla bağlı xəbərdarlıq etdiyini deyir


Benjamin Netanyahu

İsrailin Baş naziri Benjamin Netanyahu deyir ki, Avropa ölkələrinə ərazilərində İranın mümkün hücumlarıyla bağlı xəbərdarlıq edib. O, İranı “silahlı islamın ən güclü dayaq nöqtəsi” adlandırıb.

Noyabrın 1-də Sofiyada bolqarıstanlı həmkarı ilə danışıqlardan sonra Netanyahu jurnalistlərə deyib ki, radikal İslam dünyaya təhdiddir və İsrail bu yaxınlarda İranın Avropa torpağında planlaşdırdığı bir sıra hücumların üstünü açıb.

Netanyahu detalları açıqlamayıb. Amma son aylar ərzində Fransa və Danimarkada İranın müxalifət qruplarına İranın planlaşdırdığı iddia olunan hücumlar barədə məlumat yayılıb.

İsrail lideri Avropa ölkələrinin Tehrana qarşı daha sərt mövqe tutmasına çalışır. Bu il Birləşmiş Ştatların Tehranla 2015-ci il nüvə sazişindən çıxmasını dəstəkləyən azsaylı ölkələrdən olub.

Avropa ölkələri isə nüvə sazişini qüvvədə saxlamağa çalışırlar.

Bolqarıstana səfəri öncəsi Netanyahu deyib ki, məqsədi İran və Fələstin kimi məsələlərdə “Avropa Birliyinin düşməncəsinə və ikiüzlü yanaşması”nı dəyişməkdir.

XS
SM
MD
LG