Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:39

Azərbaycan-Bolqarıstan Strateji Dialoqu


E.Məmmədyarov

Oktyabrın 31-də Sofiyada Azərbaycan və Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda vurğulanır ki, iclasda ikitərəfli iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat və tranzit layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Bundan başqa, Azərbaycanla Bolqarıstanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırlatma

Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti oktyabrın 30-da Bolqarıstana gedib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisi və bəzi nazirliklərin nümayəndələri daxildir.

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri E.Məmmədyarov oktyabrın 31-də bu ölkənin prezidenti Rumen Radev ilə də görüşmüşdü.

Multimedia

XS
SM
MD
LG