Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:13

Sinaqoq qurbanları üçün 700 min dollar topladı


Hadisə qurbanları üçün anım mərasimi

Birləşmiş Ştatlarda siyasi sığınacaq almış iranlı qaçqın Pittsburqdakı sinaqoq üçün 700 min dollar yığa bilib. Həftəsonu həmin sinaqoqa hücumda 11 yəhudi öldürülüb.

29 yaşlı Shay Khatiri deyir ki, hadisədən sonra onlayn ianə kampaniyasına başlayıb. 4 min 800 donordan 700 min dollardan çox vəsait toplanıb. O bu məbləğin gözləntilərini aşdığını söyləyir. Bu səbəbdən ilkin olaraq qoyduğu 500 min dollarlıq hədəfi 1 milyon dollara qaldırıb.

Khatiri Birləşmiş Ştatlara qaçqın kimi gələrək siyasi sığınacaq istəyib. O, hazırda Baltimorda Johns Hopkins Məktəbində təhsil alır.

O özünü deist adlandırır, yəni Allaha inansa da, heç bir dini qəbul etmir. Khapiri Amerikadakı yəhudi icmasının səxavətindən faydalandığını, bu mərhəmətin əvəzini vermək istədiyini söyləyib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif də hadisə qurbanlarının yaxınlarına başsağlığı verib. O, Twitter-də yazıb: “Ekstremizm və terrorçuluğun irqi, yaxud dini yoxdur, bütün hallarda pislənməlidir”.

CNN-in məlumatına görə, Müsəlmanlar Pittsburq Sinaqoqu üçün Birləşir adlı kampaniya çərçivəsində hadisə qurbanları və ailələrindən ötrü 180 min dollardan artıq vəsait toplanıb.

XS
SM
MD
LG