Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:48

6 taekvandoçu dopinqə görə cəzalandırılıb


Dopinq

Azərbaycanda daha 6 idmançıya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu məlumat Azərbaycan Milli Antidopinq Agentliyinin saytında yer alır.

Agentlikdən yayılan məlumata görə, həmin taekvondoçular- Cavid Hüseynov, Samir Məhərrəmov, Yunis Məmmədzadə, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyevadır.

«Onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub»,-deyə məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, bu 6 idmançının cəzaları müvafiq olaraq, 4 aprel, 20 aprel, 25 aprel, 19 aprel və 19 mart 2018-ci ildən qüvvəyə minib.

Cəzalandırılan idmançılar arasında Azərbaycan yığmasının üzvləri var.

Hələlik, bu qərarlara cəzalandırılan idmançılardan münasibət almaq mümkün olmayıb.

Agentlik bundan əvvəl də oxşar qərarlar verib.

Xatırlatma

2016-cı ilin oktyabrında Milli Məclis «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında» qanun qəbul edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təsis edilməsi də elə həmin qanunda öz əksini tapmışdı.

Multimedia

XS
SM
MD
LG