Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:00

Azərbaycan naziri Bolqarıstan prezidenti ilə görüşüb


E.Məmmədyarov

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu gün, oktyabrın 31-də bu ölkənin prezidenti Rumen Radev ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub.

«Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulandı. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkənin verdiyi önəm qeyd edildi», - məlumatda yazılıb.

Xatırlatma

E.Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 30-da Bolqarıstana gedib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisi və bəzi nazirliklərin nümayəndələri daxildir.

Səfər çərçivəsində Azərbaycan ilə Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçirilməlidir.

Multimedia

XS
SM
MD
LG