Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Milli Məclis 30 hakimlə bağlı təqdimata baxacaq


Femida

Azərbaycan prezidenti 30 hakim təyinatının təsdiq edilməsindən ötrü Milli Məclisə təqdimat göndərib.

Bu haqda Məhkəmə-Hüquq Şurasının toplantısında məlumat verilib. Qurumun bu gün, oktyabrın 29-da yaydığı məlumata görə, toplantıda ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatı ilə bağlı məsələ diqqət mərkəzində olub.

Məlumat verilib ki, peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib və o, həmin təklifləri bəyənərək Milli Məclisə təqdim edib.

Şurada 2013-cü ildə təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işinin yerində öyrənildiyi açıqlanıb. Həmin hakimlərdən vəzifələrinin öhdəsindən layiqincə gələnlərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı da bildirilib.

Çoxmərhələli imtahanlardan keçən 108 hakimliyə namizədin məsələsinin də toplantıda diqqət mərkəzində olduğu qeyd edilib. Hazırda həmin namizədlərin birinci instansiya məhkəmələri üzrə müxtəlif hakim vəzifələrinə təyinatları barədə təkliflərin hazırlandığı açıqlanıb.

Topantıda 6 hakim barədə intizam icraatlarının başlandığı bildirilib. Həmin hakimlərin adları açıqlanmır.

Xatırlatma

Məhkəmə-Hüquq Şurası (MHŞ) 2005-ci ilin fevralında fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşıb. Eyni zamanda, onun tərkibinə hakimiyyətin digər qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və müdafiə tərəfinin (vəkillər) nümayəndələri daxil olunub. Hakimlərin ilkin, davamlı tədrisinin təşkili və fəaliyyətinin qiymətləndirilməsi bu orqanın səlahiyyətinə aiddir.

Multimedia

XS
SM
MD
LG