Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:20

İnternetdə terrorçuluğun təbliğinə görə 10 nəfər saxlanıb


KNB-nin yaydığı foto

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (KNB) 10 nəfəri internetdə terrorçuluğun təbliğində şübhəli bilərək saxlayıb.

KNB-nin mətbuat xidməti oktyabrın 29-da bildirib ki, şübhəlilər həftəsonu Almatı şəhərində, eləcə də Almatı, Aqmola, Qaraqandı regionlarında axtarış əməliyyatları zamanı saxlanıblar.

Bəyanata görə, şübhəlilər sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə “terrorçuluq yayıb, dini narazılığı qızışdırıblar”.

Qazaxıstanın 15 regionunda 180-dən çox adamın sözügedən qruplarda və sosial şəbəkə icmalarında iştirak etdiyi bildirilir.

KNB şübhəlilərin terrorçuluğu maliyyələşdirməsi, yaxud hansısa başqa formada dəstəkləməsi barədə məlumatları araşdırır.

Prezident Nursultan Nazarbaev hökumətinin tənqidçiləri deyirlər ki, hakimiyyət bəzən ekstremizm iddialarından narazıları susdurmaqdan ötrü bəhanə kimi istifadə edir.

XS
SM
MD
LG