Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:13

Səudiyyə prokuroru İstanbulda həmkarıyla görüşüb


Jamal Khashoggi-nin portreti

Səudiyyə Ərəbistanının baş prokuroru Saud al-Mojeb İstanbuldakı həmkarıyla jurnalist Jamal Khashoggi-nin öldürülməsini müzakirə edir. Bu haqda Türkiyənin Anadolu xəbər agentliyi məlumat yayıb.

Türkiyə Səudiyyənin İstanbuldakı konsulluğunda jurnalistin ölümüylə əlaqədar saxlanmış 18 səudiyyəlinin ekstradisiyasını istəyir. Khashoggi oktyabrın 2-də konsulluğa girəndən sonra qətlə yetirilib.

Amma Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir deyib ki, şübhəlilər krallıqda mühakimə olunacaqlar.

Anadolu-nun məlumatına görə, al-Mojeb oktyabrın 29-da İstanbulda həmkarı Irfan Fidan-la görüşə girib. Onun konsulluğa da baş çəkəcəyi bildirilir.

“Washington Post”un yazarı, Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman-ın tənqidçisi olan Khashoggi-nin ölümü beynəlxalq ictimaiyyəti qəzəbləndirib.

Al-Mojeb ötən həftə dedi ki, bu qətl planlaşdırılıb. Daha öncə yayılmış rəsmi məlumatda isə jurnalistin təsadüfən öldürüldüyü deyilirdi.

Türkiyə qətllə bağlı informasiyanı digər ölkələr – Birləşmiş Ştatlar, Almaniya, Fransa və Rusiyayla paylaşdığını bəyan edib.

XS
SM
MD
LG