Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Türkiyədə 12 milyard dollarlıq aeroport işə salınır


Ataturk Beynəlxalq aeroportu, arxiv fotosu
Ataturk Beynəlxalq aeroportu, arxiv fotosu

Bu gün – oktyabrın 29-da Türkiyə Prezidenti Recep Tayyip Erdogan İstanbulda yeni beynəlxalq aeroportun açılışını edəcək. Hökumət bunun dünyanın ən böyük hava limanına çevriləcəyini iddia edir.

İlkin planda bu gün aeroportun tam işə salınması gözlənirdi, amma tikintidə yubanmalar olub, fəhlələr iş şəraitlərinə etiraz tətili keçirib.

Erdogan idarəçiliyi dövründə bir neçə belə meqa-layihə gerçəkləşdirib. Bu aeroport layihəsinin dəyərinin isə 10,5 milyard avroya (12 milyard dollar) olduğu bildirilir. Bu layihə İstanbulu Avropa, Asiya və Afrikanı birləşdirən qlobal səyahətinə çevirəcək.

ATATURK AEROPORTU TAMAMİLƏ BURAYA KÖÇÜRÜLƏCƏK

Hələliksə, aeroportdan beş istiqamətə uçuşlar təklif olunacaq. Dekabrın 29-dan daha geniş formada işə salınacaq, ildə 90 milyon sərnişinin ondan istifadə edəcəyi gözlənir. 2028-ci ildə işlər tamamiləyekunlaşandan sonra isə illik sərnişin dövriyyəsinin 200 milyona çatacağı gözlənir.

Ataturk aeroportu, arxiv fotosu
Ataturk aeroportu, arxiv fotosu

Hazırda dünyanın ən məşğul aeroportu Birləşmiş Ştatların Atlanta şəhərindəki Hartsfield-Jackson hava limanıdır, illik sərnişin sayı bundan iki dəfə azdır.

Hələlik adsız fəaliyyət göstərən aeroportdan ilk uçuş noyabrın 1-də Ankaraya planlaşdırılır.

Erdogan-ın axşam saat 4-də aeroportun lentini kəsəcəyi gözlənir. Tədbirə Qətər lideri Emir Sheikh Tamim bin Hamad al-Thani-nin, Sudan Prezidenti Omar al-Bashir-in qatılacağı bildirilir.

Bu gün həm də Türkiyə Respublikasının Mustafa Kamal Atatürk tərəfindən əsasının qoyulmasının 95-ci ildönümü qeyd olunur. Erdogan yeni aeroporta Atatürkün adının verilməsinə tərəfdar olmadığını deyib. Qeyd edək ki, dünyəviçilər onu Atatürk mirasına zərbə vurmaqda suçlayır.

Bəzilərinin təxmininə görə, Erdogan aeroporta Osmanlı sultanı II Abdulhamidin adını verə bilər.

İstanbul Böyük Aeroportunun baş direktoru Kadri Samsunlu ötən həftə jurnalistlərə deyib ki, ilkin açılışdan sonrakı iki ay ərzində onlar “nəyin üzərində daha çox işləməli olduqlarını” müəyyənləşdirəcəklər.

Onun sözlərinə görə, Ataturk aeroportunun “bütün işləri”, təyyarələr və avadanlıq daxil olmaqla, ilin sonundakı “birdəfəlik açılış”dan sonra 45 saat ərzində yeni aeroporta köçürüləcək.

76 KVADRAT KİLOMETRLİK ƏRAZİ

Rəsmilər aeroporta metro xəttinin çəkiləcəyini deyirlər. Bu aeroport İstanbulun Avropa tərəfində, Qara Dəniz sahilinə yaxın, şəhər mərkəzinin 35 kilometrliyində yerləşir.

“Frans Pres” agentliyinin əməkdaşı ötən həftə aeroport ərazisində qızğın iş getdiyini yazır. 2028-ci ildə işlər tam yekunlaşandan sonra hava limanında altı enmə-qalxma zolağı, iki terminal olacaq, 76 kvadrat kilometr ərazini əhatələyəcək. O, Ataturk aeroportundan üç dəfə böyük olacaq.

Türk Hava Yolları məkanın böyüməsi hesabına kommersiya və karqo əməliyyatlarını genişləndirəcək. Şirkətdən bir mənbə anonimlik şərtilə AFP-yə danışıb.

“Gələn il 40 əlavə təyyarə alacağıq. 2023-cü ilədək 450 təyyarəmiz olacaq, ildə 120 milyondan artıq sərnişin daşıyacağıq”, – mənbə vurğulayıb.

Layihədə 35 min nəfər çalışıb. Ötən ay yüzlərlə fəhlə iş şərtlərinin zəifliyinə, işlə bağlı ölüm hallarına etiraz olaraq tətil keçirib.

Hakimiyyət isə dərhal hərəkətə keçərək yüzlərlə adamı həbs edib. Onların çoxu ittihamsız buraxılsa da, hazırda 20-dək etirazçı həbsdədir.

Rəsmilər 2015-ci ildə tikinti başlayandan ərazidə 30 fəhlənin öldüyünü bildirir. Amma həmkarlar ittifaqları real rəqəmin daha yüksək olduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG