Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:43

Zəngilanın işğalından 25 il keçir


Zəngilan, 2013

Zəngilan rayonunun işğalından 25 il ötür . Ermənistan silahlı qüvvələri rayonu 1993-cü il oktyabrın 29-da işğal edib.

İşğal zamanı rayonun mülki əhalisi Araz çayından keçib İran ərazisinə sığınmaqla kütləvi qırğınlardan qurtula bilib.

Rayonun müdafiəsi zamanı 230-dan çox şəxsin həlak olduğu və itkin düşdüyü bildirilir.

Zəngilan rayonu 1930-cu ildə yaradılıb. O, cənubdan və şərqdən İranla, qərbdən isə Ermənistanla həmsərhəddir. 707 kvadratkilometr ərazisi olan rayonun işğala qədər əhalisi 35 min nəfərdən çox olub.

Zəngilan rayonu işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən 5 ay əvvəl polkovnik Sürət Hüseynovun rəhbərliyi altında bir hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev əvvəlcə Azərbaycan Milli Məclisinin sədri, daha sonra isə prezident seçilmişdi. Polkovnik S.Hüseynov isə Heydər Əliyevin təqdimatı ilə baş nazir postuna gətirildi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, onun ətrafında 7 rayon (onlardan biri də Zəngilan rayonudur) və bəzi əlavə kəndlər işğal edilib.

Multimedia

XS
SM
MD
LG