Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

Beynəlxalq müşahidəçilər Gürcüstandakı seçkiyə nə dedi


Beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirir
Beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirir

Beynəlxalq müşahidəçilər seçkinin rəqabətlə keçdiyini, amma “qeyri-bərabər imkanlar” və özəl medianın qərəzli davranışı hallarının da qeydə alındığını bildirir.

Birinci raundun yekun nəticələri 20 gün ərzində dərc olunacaq, ikinci tur ondan sonra iki həftə ərzində keçiriləcək.

ATƏT-in seçkiləri müşahidə bölümü olan DTİHB təmsilçilərinin də daxil olduğu müşahidəmissiyası bu gün bildirib ki, seçicilərə real seçim verilib və namizədlər azad şəkildə kampaniya apara biliblər.

Amma müşahidəçilər “dövlət resurslarından sui-istifadə hallarının” olduğunu vurğulayıb, bildirib ki, “hakim partiyadan aparıcı dövlət rəsmilərinin seçki kampaniyasında iştirakı heç də həmişə qanun çərçivəsində gerçəkləşməyib”.

Seçki komissiyası üzvü
Seçki komissiyası üzvü


Kampaniya zamanı bəlli olub ki, bir sıra namizədlər qeydiyyatdan ona görə keçib ki, dövlət vəsaiti və pulsuz efir vaxtından istifadə edərək digər namizədləri dəstəkləsinlər. Bu da həmin namizədlərə ədalətsiz şəkildə imtiyaz yaratmaqdır”, – bəyanatda deyilir.

***

Zurabishvili birinci mərhələni udur, amma…

Gürcüstanda prezident seçkisinin birinci raundunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabishvili qalib gəlib, amma ikinci raundun keçirilməməsi üçün yetərincə səs toplaya bilməyib.

Mərkəzi Seçki Komissiyasının oktyabrın 29-da bildirməsinə görə, səsvermə məntəqələrinin 96 faizindən gələn bülletenlər sayılıb. Zurabishvili səslərin 38,6, Grigol Vashadze isə 37,7 faizini toplayıb.

Namizədliyi müxalifətin Avropa Gürcüstanı Partiyası tərəfindən verilmiş keçmiş parlament spikeri Davit Bakradze isə 10,9 faiz səslə üçüncü yeri tutub.

PREZİDENT DAHA BİRBAŞA SEÇİLMƏYƏCƏK

Parlamentin spikeri Irakli Kobakhidze mətbuat konfransında bildirib ki, namizədlərin heç biri səslərin 50 faizini yığa bilməyib deyə, ikinci tur keçirilməlidir.

Salome Zurabishvili ekzit-polun nəticəsini qeyd edir
Salome Zurabishvili ekzit-polun nəticəsini qeyd edir

Gürcüstan rəsmiləri ikinci turun dekabrın 1-dək keçiriləcəyini deyib.

Seçicilərin 46,7 faizinin seçkiyə getdiyi bildirilir. 2013-cü ildə də təxminən bu qədər seçici səsvermə hüququndan istifadə etmişdi.

Bu, Gürcüstanda 1991-ci ildən bəri keçirilən yeddinci seçkidir. Bundan sonra prezident birbaşa seçilməyəcək.

Ötən il konstitusiya dəyişdirilib və gələcəkdə prezidentləri 300 üzvdən ibarət Seçicilər Kolleci seçəcək. Bu quruma parlamentarilər, yerli və regional siyasi təmsilçilər daxildir.

Zurabishvili-ni hakim Gürcü Arzusu partiyası dəstəkləyir.

Vaxtilə xarici işlər naziri olmuş Vashadze-nin namizədliyi isə müxalifətdə olan Vahid Millətçi Hərəkat irəli sürüb. Bu hərəkata əvvəllər keçmiş prezident Mikheil Saakashvili rəhbərlik edirdi, hazırda mühacirətdə yaşayır.

Grigol Vashadze
Grigol Vashadze

Üçüncü yeri tutmuş Bakradze məğlubiyyətini qəbul edib, partiyasının ikinci turda Vashadze-ni dəstəkləyəcəyini bildirib.

“HAMIMIZ XALQA XİDMƏT EDİRİK”

Baş nazir Mamuka Bakhtadze seçki məntəqələri bağlanandan sonra gürcüstanlıları təbrik edib, səsvermənin “dinc, azad və demokratik mühitdə” keçirildiyini bildirib.

Postunu tərk etməyə hazırlaşan prezident Giorgi Margvelashvili isə deyib ki, “hamımız xalqa xidmət edirik”. O, ikinci müddətə namizədliyini verməyib.

Ölkədə 3,5 milyon nəfərin səsvermə hüququ var. Seçkini ATƏT-in müşahidəçiləri izləyib.

Transparency International Gürcüstan təşkilatı 90-dək kiçik və nisbətən ciddi pozuntu aşkarladığını bildirib. Buraya səslərin saxtalaşdırılması, səslərin satın alınması daxildir.

66 yaşlı Zurabishvili namizədliyini müstəqil şəkildə verib. Amma onu keçmiş baş nazir, milyarder Bidzina Ivanishvili-nim Gürcü Arzusu partiyası dəstəkləyir.

O, indiyədək şəxsi hücumlara məruz qalıb, Gürcüstanın 2008-ci ildə Rusiyayla müharibəni başlatdığını deməsinə görə xəyanətkar adlandırılıb.

Vashadze isə deyir ki, keçmiş prezident Saakashvili-yə Gürcüstan qayıtmağa icazə verilməlidir. Saakashvili-yə qiyabi şəkildə hakimiyyətdən sui-istifadəyə görə cəza kəsilib.

Gürcüstan Birləşmiş Ştatların müttəfiqidir, NATO və Avropa Birliyinə qoşulmaq istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG