Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:34

Prezident Qaxa gedib


İlham Əliyev Qaxda. Foto arxiv

Oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qax rayonuna səfər ediblər.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov prezidentə orada yaradılan şərait barədə məlumat verib.

O, bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Nəhayət prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyası yenidən bərpa edilib.

“Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumu, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır”, prezidentə verilən məlumatda qeyd edilib.

Prezidenti İlham Əliyev daha sonra Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışına qatılıb.

Bu dafə isə dövlət başçısına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında məlumat verib.

“Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq”, o bildirib.

Habelə vurğulanıb ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir.

Multimedia

XS
SM
MD
LG