Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:48

REAL Partiyası 40 min imza toplamağa hazırlaşır


İlqar Məmmədov

Oktyabrın 27-də Respublikaçı Alternativ Partiyası (REAL) Məclisinin növbəti rüblük toplantısında bir sıra siyasi və təşkilati qərarlar qəbul edilib.

Bu barədə məlumatı partiyanın mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatında bildirilib ki, Konstitusiyanın 96-cı maddəsini əsas tutaraq Məclis 40 min seçicinin qanunvericilik təşəbbüsünə malik olduğunu nəzərə alaraq, “Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi haqqında” qərar qəbul edib. Qərarın həyata keçirilməsi İdarə Heyətinə həvalə edilib.

Eyni zamanda, “Devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi haqqında”, daha bir qanun layihəsinin hazırlanması və müvafiq sayda imzaların toplanması işi İdarə Heyətinə həvalə olunub.

Xatırlatma

Hələ illər öncə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin merinin seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verib.Ancaq Azərbaycan rəsmiləri bu tövsiyəyə soyuq yanaşırlar.

2015-ci ildə isə ölkədə manatın iki dəfə devalvasiyası baş verib. Həmin devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə xarici valyutada götürülən kreditlərin qaytarılmasında problemlər yaşanıb. Hazırda ölkədə 1,8 milyard manata yaxın dəyərdə problemli kreditlər olduğu bildirilir.

Multimedia

XS
SM
MD
LG