Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

ABŞ Səudiyyəni jurnalist Kaşıkçının qətli ilə bağlı hərtərəfli istintaq aparmağa çağırıb


James Mattis .ABŞ müdafiə naziri.
James Mattis .ABŞ müdafiə naziri.

ABŞ müdafiə naziri James Mettis Səudiyyə hakimiyyətini, jurnalist Camal (Jamal Khashoggi) Kaşıkçının qətli ilə bağlı hərtərəfli istintaq aparmağa çağırıb.

Reutersin oktyabrın 28-də verdiyi məlumata görə, o bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeirlə görüşdə edib.

Görüş Bəhreyndə keçirilən illik regional təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

Mettisin sözlərinə görə al Jubeir ona bildirib ki, Səudiyyə hakimiyyəti jurnalistin başına gələnləri tam açmaq fikrindədir.

Avropa Birliyi oktyabrın 26-da dünya ölkələrini Səudiyyə Ərəbistanına silah verməkdən imtina etməyə çağırıb.

Amma İspaniya da daxil olmaqla bəzi ölkələr bundan imtina edib.

ABŞ-da hələlik Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dayandırmaq fikrində deyil.

ABŞ bu insidentdən əvvəl Ər Ryadla 115 milyard dollarlıq hərbi müqavilə imzalayıb.

Amma Almaniya hələ bir həftədən də əvvəl Səudiyyə Ərəbistanına silah satışını dayandırdığını bəyan edib.

Jurnalust Jamal Khashoggi Səudiyyə hökumətinin əsas tənqidçilərindən biri kimi tanınırdı.

Jamal Khashoggi
Jamal Khashoggi

O, oktyabrın 2-də konsulluğa sənəd almaq üçün getmişdi.

Türkiyə hakimiyyəti deyir ki, jurnalist Jamal Khashoggi-ı (Camala Kaşıkçı) Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülüb və bunu sübut edən ciddi dəlillər var.

Türkiyə hökuməti deyir ki, bu cinayətdə Səudiyyə Ərəbistanından gəlmiş 15 nəfərlik xüsusi qrup və konsuluqda olan daha 3 nəfər iştirak edib.

Qətl Türkiyə ərazisində törədildiyindən onlar bu ölkədə mühakimə olunmalıdırlar.

Buna da bax: Səudiyyə rəsmisi:Kaşıkçının qətlində əli olanlar öz ölkələrində mühakimə olunacaqlar

Beynəlxalq aləm jurnalistin qətlini kəskin pisləyib.

Səudiyyə Ərəbistanı buna görə daha kəskin sanksiyalarla üzləşə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG