Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Səudiyyə rəsmisi:Kaşıkçının qətlində əli olanlar öz ölkələrində mühakimə olunacaqlar


Adel al-Jubeir
Adel al-Jubeir

Ər Ryad jurnalist Jamal Khashoggi-nın qətlində şübhəli bilinənləri cinayət məsuliyyətinə cəlb edəcək.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir oktyabrın 27-də də Bəhreyində keçirilən illik beynəlxalq regional təhlükəsizlik konfransında çıxış edərkən deyib.

“O ki, qaldı onların verilməsinə,Səudiyyə vətəndaşları öz ölkələrində həbsdədirlər,istintaq bu ölkədə keçirildiyindən, onlar Səudiyyə Ərəbistanında mühakimə olunacaqlar”.

Nazir bildirib ki, Səudiyyə krallığı çox açıq şəkildə bildirib ki,bu adamlar məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, hazırda bu işlə bağlı 18 nəfər Səudiyyə Ərəbistanında həbsdədirlər.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bundan əvvəl onları Türkiyəyə verməyə çağırmışdı.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə hakimiyyəti deyir ki, jurnalist Jamal Khashoggi-ı (Camala Kaşıkçı) Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülüb və bunu sübut edən ciddi dəlillər var.

Türkiyə hökuməti deyir ki, bu cinayətdə Səudiyyə Ərəbistanından gəlmiş 15 nəfərlik xüsusi qrup və konsuluqda olan daha 3 nəfər iştirak edib.

Qətl Türkiyə ərazisində törədildiyindən onlar bu ölkədə mühakimə olunmalıdırlar.

ABŞ müdafiə naziri James Mattis isə Bəhreyin konfransında deyib ki, səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətli Yaxın Şərqdə sabitliyi pozdu və ABŞ günahkarlara qarşı əlavə tədbirlər görəcək”.

James Mattis
James Mattis

Mattis qeyd edib ki, ABŞ jurnalisti susdurmaq üçün edilən belə bir amansız hərəkətə dözməyəcək.

“İstənilən dövlətin beynəlxalq normalar və qanunun aliliyinə əməl etməməsi,regional sabitliyi pozur,özü də hər şeydən vacib ola bir anda”Mattis vurğulayıb.

ABŞ Dövlət katibi Mike Pompeo bu həftə bildirmişdi ki, jurnalist Jamal Khashoggi-nin qətlinə görə, 21 Səudiyyə rəsmisinə qarşı sanksiyalar tətbiq ediləcək.Söhbət viza qadağasından gedir.

“Dövlət katibimiz artıq viza qadağası tətbiq edib və əlavə tədbirlər görəcək”,Mattis deyib.

Jurnalust Jamal Khashoggi Səudiyyə hökumətinin əsas tənqidçilərindən biri kimi tanınırdı.

İstanbulda Jamal Khashoggi-nın yoxa çıxmasına etiraz aksiyası
İstanbulda Jamal Khashoggi-nın yoxa çıxmasına etiraz aksiyası

O, oktyabrın 2-də konsulluğa sənəd almaq üçün getmişdi.

Beynəlxalq aləm jurnalistin qətlini kəskin pisləyib.

Səudiyyə Ərəbistanı buna görə daha kəskin sanksiyalarla üzləşə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG