Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:01

9 ayda Bakıda yol qəzalarında 147 nəfər ölüb


Bakıda yol qəzası/Arxiv

Bu ilin 9 ayında Bakıda Daхili İşlər Nazirliyi və Prokurorluq üzrə 8 min 288 cinayət qеydə alınıb. Onların 88,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi ağır, хüsusilə ağır cinayətlər olub.

Oktyabrın 27-də Bakı Şəhər Baş Polis İdarəsində cari ilin 9 ayının yekunları ilə bağlı müşavirədə idarənin rəis müavini Elxan Həsənov belə deyib.

Paytaxtda 9 aylıq cinayətkarlıq statistikasını açıqlayan rəis müavini qeyd edib ki, ötən illə müqayisədə cinayətkarlığın statistikasında azalma müşahidə olunur. E.Həsənovun sözlərinə görə, ümumi cinayətlər 9,4, ağır və хüsusilə ağır cinayətlər 38,4, şəxsiyyət əleyhinə olan cinayətlər 4,6 faiz azalıb. Ümumi cinayətlərin 79,8, ağır növlərinin 80,5, qеyri-aşkar şəraitdə baş verən cinayətlərin isə 74,4 faizinin açıldığı qeyd edilib.

Şəxsiyyət əleyhinə оlan cinayətlərin 94, qəsdən adam öldürmələrin 90,7, adam öldürməyə cəhdlərin isə 100 faizinin açıldığının təmin olunduğu vurğulanıb.

Toplantıda 9 ayda Bakida 430 yol-nəqliyyat hadisəsinin baş verdiyi, 147 nəfərin həmin qəzalarda həlak olduğu açıqlanıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 4,4, xəsarət alanların sayının 7,1 faiz azaldığı bildirilir.

Verilən məlumata görə, yоl hərəkətinə nəzarət prоsеsi ilə bağlı qeyd edilib ki, 9 ayda 668 min 406 inzibati xəata qeydə alınıb. Sürət rеjiminə əməl etməyənlərin sayı 303 min 969, nəqliyyat vasitəsini sərхоş idarə edənlərin sayı isə 1769 nəfər olub.

Multimedia

XS
SM
MD
LG