Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:52

Sabiq komitə sədrinin qardaşı məhkəmə qarşısında


Tikinti

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul olan S.İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

S.İbrahimov rəhbərlik etdiyi tikinti şirkətlərinin inşa etdiyi binalardakı mənzilləri saxta sənədlərlə bir neçə nəfərə satmaqda suçlanır. Ona qarşı CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb.

S.İbrahimov bir müddət həbsdə saxlansa da, sentyabrın əvvəlində Binəqədi Rayon Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb.

Bu cinayət işi üzrə 60-a qədər zərərçəkmişin olduğu bildirilir. Onların bir qismi paytaxtın Xətai rayonunda, işadamının rəhbərlik etdiyi «Sahil-D Company»nin tikdiyi binadan mənzil almaq üçün pul versələr də, bu günə qədər ev sahibi olmayan vətəndaşlardır.

Saxta sənədlərlə eyni mənzillərin müxtəlif adamlara satılması nəticəsində insanlara 4 milyon yarıma qədər ziyan vurulduğu, istintaq dövründə zərərdən 1 milyon 242 min ödənildiyi bildirilir.

CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər, vəzifə saxtakarlığına görə isə 2 ilədək islah işləri və ya vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

S.İbrahimovun digər qardaşı İbrahim Nehrəmli də işadamıdır, «Xəzər adaları» layihəsini o, həyata keçirir.

Multimedia

XS
SM
MD
LG