Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:14

VI Humanitar Forum başa çatıb


VI Beynəlxalq Humanitar Forumu - 26 oktyabr 2018

VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatıb.

Mədəniyyət Nazirliyinin məlumatına görə, yekunda forumun bəyannaməsi qəbul edilib.

Tədbirin yekununda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev iki gün davam edən tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndənin iştirak etdiyini bildirib.

Forumda çox ciddi məsələlərin müzakirə edildiyini söyləyən Ə.Qarayev deyib ki, ümumilikdə iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənib.

«Forum gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. İki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırılıb», - nazir qeyd edib.

Xatırlatma

Beynəlxalq Humanitar Forumunun ilk təşəbbüsçüləri 2010-cu ildə Azərbaycan dövlət başçısı İlham Əliyev və Rusiya Federasiyasının ozamankı prezidenti Dmitri Medvedev olub. Forum, bir qayda olaraq, Azərbaycanda keçirilir.

Bu Forumun tanınmış şəxslərin, dövlət və ictimai xadimlərin iştirakı ilə qlobal problemlərin müzakirəsində ünsiyyət vasitəsi olduğu bildirilir.

VI Beynəlxalq Humanitar Forumu oktyabrın 25-də başlamışdı.

Multimedia

XS
SM
MD
LG