Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:30

Igor Sechin neftin bahalanacağını proqnozlaşdırır


Igor Sechin

Rusiyanın dövlət nəzarətində olan Rosneft şirkətinin rəhbəri xəbərdarlıq edir ki, ABŞ-ın İran və Venesuelaya sanksiyaları “neft bazarında böyük balans defisiti” yaradacaq.

Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Igor Sechin oktyabrın 25-də sanksiyalar nəticəsində neftin qiymətlərinin artacağını, qlobal neft hasilatında azalma yaşanacağını proqnozlaşdırıb.

ABŞ rəsmiləri noyabrın 5-dən qüvvəyə minəcək İranın neft sektorunu hədəfləyəcək sanksiyalarla ölkənin neft ixracını “sıfır”a endirmək istədiklərini deyiblər. Birləşmiş Ştatlar dünya ölkələrinə təzyiq göstərir, İrandan neft alışını dayandırmalarını istəyir.

“İranı sıxmaq istəyirik, çünki düşünürük ki, onların Yaxın Şərqdə və dünyada davranışları ziyanlıdır və dəyişməlidir”, – ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton oktyabrın 25-də AzadlıqRadiosu-na müsahibəsində söyləyib.

İtaliyada Avrasiya İqtisadi Forumunda çıxış edən Sechin isə deyib ki, sanksiyalar nəticəsində neftin bahalanması o deməkdir ki, “bunun əvəzini ABŞ və Avropa istehlakçıları ödəməli olacaqlar”.

ABŞ Prezidenti Donald Trump apreldə elan elədi ki, İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxır və iqtisadi sanksiyaları bərpa edir. O vaxtdan neftin barreli 80 dollaradək qalxıb.

XS
SM
MD
LG